Ən çox təhsil tələbə krediti verilən ali təhsil müəssisəsi Azərbaycan Dövlət İqtisad Universiteti olub. Bu haqda aprelin 7-də APA Təhsil Tələbə Krediti Fondunun nümayəndəsinə istinadən xəbər verib.
Kreditin ümumi məbləği 206 500 manat olmaqla universitetin 229 tələbəsinə verilib.
Bununla yanaşı, ən az kredit Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına verilib. Kreditin həcmi 11 730 manat təşkil edib və 13 tələbəyə verilib.
Payız semestri üzrə təhsil tələbə krediti almaq üçün 5 678 nəfər, yaz semetri ilə bağlı isə 3 000 nəfər müraciət edib.