Nərimanov rayonunda 4 küçədə təmir işləri aparılır. Bu barədə martın 10-da Azərbaycan Avtomobil Yolları Dövlər Agentliyindən məlumat verilib.
Bu, ümumi uzunluğu 1 161 metr olan Nəcəf bəy Vəzirov, Hüseynqulu Sarabski, Mərdanov qardaşları və Ağadadaş Qurbanov küçələridir.
Aparılan işlər çərçivəsində küçələrin köhnə asfalt-beton örtüyü yenilənir.
Avtonəqliyyat vasitələrinin rahat hərəkətinin təşkili üçün küçələrin bəzi hissələrində parklanma yerləri təşkil edilib və üfüqi nişanlanma xətləri çəkilib.