Bakının Nərimanov rayonunda yerləşən klinikalardan birindən oğurluq edən şəxs saxlanılıb. Bu barədə yanvarın 31-də Daxili İşlər Nazirliyindən məlumat verilib.
Həmin klinikada çalışan şəxsin çantasından 370 manat pul, qızıl-zinət əşyaları, bank kartları və sənədlər olan pul kisəsi oğurlanıb. Hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum edilmiş şəxs saxlanılıb.
Onun ötən ilin avqust ayında digər klinikadan 600manat oğurladığı da məlum olub.
Faktlarla bağlı araşdırma davam etdirilir.