Bakının Nərimanov rayonunda baş verən yanğınla əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb. Bu barədə oktyabrın 16-da Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Bugün “Metro City” ticarət mərkəzinin ərafındakı ticarət obyektlərində baş verən yanğınla bağlı bir neçə küçəyə nəqliyyat vasitələrinin girişinə məhdudiyyət qoyulmuşdur. Həmçinin 5, 24, M8 və 202 marşrut xətlərinin hərəkət istiqamətində bəzi dəyişikliklər olmuşdur.