Naftalan şəhərində park ərazisində kişi meyiti aşkarlanıb. Bu haqda martın 25-də Report məlumat yayıb.
Belə ki, Naftalan şəhər sakini, 1976-cı il təvəllüdlü R. Quliyevin ölüm səbəbi hələlik məlum deyil. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Goranboy rayon Şöbəsinə aparılıb.
Faktla bağlı araşdırmalar aparılır.