Qarabağda ilk "ağıllı kənd"in tikintisi yekunlaşmaq üzrədir. Bu barədə 24 dekabr tarixində Trend kənd təsərrüfatı naziri İnam Kərimova istinadən məlumat verib.
İnam Kərimov "Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə" elmi-praktik konfransında çıxışı zamanı bildirib ki, bölgədə Araz vadisi və Ağdam sənaye parklarının yaradılması kənd təsərrüfatının inkişafına mühüm təsir göstərəcək. Onun sözlərinə görə, işğaldan azad olmuş ərazilərdə bərpa işləri "ağllı kənd" və "ağıllı şəhər" konsepsiyası əsasında aparılır və ən müasir aqrar innovasiyalar tətbiq olunur.
O həmçinin qeyd edib ki, həmin ərazilərin minadan təmizlənmiş sahələrində yazlıq əkinlər aparılıb.