Bakının Sabunçu rayonu, Nardaran qəsəbəsində aprelin 1-də dava zamanı bıçaqlanma hadisəsi baş verib. Bu haqda APA xəbər yayıb.
Hotelin həyətyanı sahəsində 43 yaşlı şəxs tanışı ilə dava edərkən bud nahiyəsindən bıçaqlanıb. Xəsarət alan xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma davam edir.