Gəncə şəhərində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə 11 yanvar tarixində Daxili İşlər Nazirliyinə istinadən Report məlumat verib.
Məlumatda bildirilir ki, saxlanılan şəxsin üzərindən marixuana aşkar edilib. Əməliyyat zamanı onun yaşadığı evə baxış keçirildikdə oradan 8 kiloqramdan çox narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Keçirilən digər bir əməliyyat nəticəsində daha bir şəhər sakini saxlanılıb. Axtarış zamanı onun üzərindən və evindən külli miqdarda heroin aşkar edilib.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.