Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxslər saxlanılıb. Bu haqda dekabrın 20-də DİN məlumat verib.
Sürücülər Bakının Qaradağ rayonu ərazisində, Şəmkir rayonunda və Balakən rayonunun Hənifə kəndi ərazisində saxlanılıblar.
Qaradağ rayon ərazisində saxlanılan sürücü 2 il müddətinə sürücülük hüququndan məhrum edilib və 400 manat cərimə olunub. Şəmkirdə saxlanılan sürücü 2 il müddətinə sürücülük hüququndan məhrum edilib və 500 manat məbləğində cərimələnib.
Polis əməkdaşları tərəfindən onlar barəsində protokollar tərtib edilib.
Faktla bağlı araşdırmalar davam edir.