Narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan 3-ü qadın olmaqla 17 nəfər saxlanılıb. Bu barədə DİN oktyabrın 29-də xəbər verib.
Onlardan ümumilikdə 64 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə, o cümlədən 40 ədəd metadon həbi dövriyyədən çıxarılıb. Saxlanılan şəxslər barələrində həbs qətimkan tədbirləri seçilib.
Saxlanılan şəxslər Bakının 5 rayonunda, Abşeron rayonunda, Saatlı, Masallı, Cəlilabad, Yevlax rayonları ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olublar.