İmişli rayon sakini “Toyota” markalı avtomobili narkotik təsiri altında Cəlilabad rayonunda idarə edərkən saxlanılıb. Bu barədə martın 11-də APA xəbər verib.
Məlumata görə, saxlanılan şəxs barəsində protokol tərtib olunub. O, Cəlilabad rayon Məhkəməsinin qərarı ilə 8 gün müddətinə inzibati qaydada həbs olunub.
Faktla bağlı araşdırma davam edir.