Lənkəranda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan 12 nəfər saxlanılıb. Bu haqda yanvarın 12-də DİN məlumat verib.
Polis tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Girdəni kənd sakinindən 2 kiloqram 805 qram narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
Daha sonra 11 nəfər saxlanılıb. Onlardan həmçinin heroin və elektron tərəzi aşkarlanıb.
Ümumilikdə 3 kiloqrama yaxın narkotik vasitə götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.