Hacıqabulda narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb. Bu barədə yanvarın 6-da Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bakı şəhər sakininin idarə etdiyi “VAZ-2106” markalı avtomobil stasionar postda nəzarət-yoxlama qaydasında saxlanılıb. Sürücünün narkotik vasitə qəbul etdiyi müəyyən edilib.
Saxlanılan şəxsin barəsində protokollar tərtib olunub. O, 6 ay müddətinə sürücülük hüququndan məhrum edilib.