Bakı-Quba, Bakı-Qazax, Bakı-Şamaxı-Yevlax və Hacıqabul-Horadiz yollarında narkotik vasitələrin təsiri altında avtomobil idarə edən sürücülər saxlanılıblar. Bu barədə dekabrın 16-da DİN məlumat verib.
Məlumata əsasən, Bakı-Quba yolunda Ağdam rayon sakininin idarə etdiyi “VAZ-21043”, Bakı-Qazax yolunda Gəncə şəhər sakininin idarə etdiyi “BMW”, Yevlax rayon sakininin idarə etdiyi “Mercedes” və Hacıqabul-Horadiz yolunda Beyləqan rayon sakininin idarə etdiyi “VAZ-21725” markalı avtomobillər saxlanılıblar.
Onlar barəsində protokollar tərtib edilib.
Məhkəmənin qərarı ilə “VAZ-21043” markalı avtomobilin sürücüsü 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 4 gün, Yevlax və Gəncə sakinləri isə 15 və 5 gün müddətinə inzibati qaydada həbs ediliblər.
Həmçinin Beyləqan rayon sakini 400 manat məbləğində cərimə olunub və 2 il müddətinə sürücülük hüququndan məhrum edilib.
Faktla bağlı araşdırma davam edir.