Nəsimi rayonunda uzunluğu 1 440 metr olan Cəlil Məmmədquluzadə küçəsi əsaslı təmir olunur. Bu barədə aprelin 28-də Azərbaycan Avtomobil Yolları Agentliyi məlumat paylaşıb.
Hazırda küçənin zəruri olan yerlərində piyada səkiləri bərpa edilir və yararsız səki daşları yenilənir. Həmçinin yağış-kanalizasiya sisteminin bərpası, asfalt-beton örtüyünün dəyişdirilməsi və yol nişanlarının quraşdırılması planlaşdırılır.