Ötən ay Naxçıvan Respublikası ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan 39 əcnəbi aşkarlanıb. Bu barədə yanvarın 11-də Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.
Onlar barəsində müvafiq tədbirlər görülüb.
Dekabr ayı ərzində quruma ümumilikdə 462 müraciət daxil olub. Оnlardan 205-i əcnəbilərə Azərbaycanda müvəqqəti yaşamaq və əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin verilməsi ilə bağlı olub.