Naxçıvanda uşaq bağçaları Təhsil Nazirliyinin tabeliyinə verilib
Naxçıvan Muxtar Respublikasında da yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan uşaq bağçaları Naxçıvanın Təhsil Nazirliyinin tabeliyinə verilib. Bu haqda dekabrın 22-də Ali Məclisin sədri Vasif Talıbov sərəncam imzalayıb.