Naxçıvan Şəhər İcra Hakimiyyətində kadr dəyişiklikləri olub. Bu barədə 8 sentyabr tarixində Report məlumat verib.
Qurumun Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Qasım Məmmədov və hüquq şöbəsinin müdiri Emin İmanov vəzifələrindən azad olunublar.
Həmçinin Naxçıvan şəhər icra başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Səftər Abdullayev və Əliabad qəsəbə sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elnur Əliyev işdən çıxarılıblar.
Digər əmrlə onların yerinə müvafiq olaraq Suliddin Kərimov və Vüqar Hüseynov təyin olunublar.