Naxçıvan Muxtar Respublikasında ilk dəfə 500-ə qədər şagird sayı olan ümumtəhsil müəssisələri üçün direktor vəzifəsinə mərkəzləşmiş müsabiqə ilə işə qəbul keçiriləcək.
İnsanoid Report-a istinadən xəbər verir ki, sənəd qəbuluna bu gündən başlanılır və proses avqustun 26-dək davam edəcək.
Müraciət edənlər zəruri sənədləri iş günləri saat 10:00-dan 17:00-dək rayon (şəhər) Təhsil Şöbələrinə təqdim etməlidirlər.
Tələb olunan sənədlər:
- Şəxsi vərəqə
- Şəxsiyyət vəsiqəsinin surəti
- Əmək kitabçasının surəti
- Ali təhsil haqqında sənəd və əlavəsinin surəti
Namizədlərdən tələblər:
- Pedaqoji ixtisas üzrə ali təhsil
- 5 illik pedaqoji staj (elmi dərəcəsi olanlar üçün 3 il)
- Hal-hazırda ümumi təhsil müəssisəsində işləmək
Şagird sayı 150-dək müəssisələrə direktor təyin etmə yalnız müsahibə ilə, 151-500 arası müəssisələrə isə müsabiqə yolu ilə həyata keçiriləcək.