Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,3 milyard dollar investisiya yatırıb. Report-un məlumatına əsasən, bu barədə 14 dekabr tarixində iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumunda bildirib.
Nazirin sözlərinə görə, Azərbaycanla Gürcüstan arasında əlaqələr getdikcə dərinləşir. Koronavirus pandemiyası ilə bağlı problemlərə baxmayaraq ikitərəfli ticarət dövriyyəsi sürətlə artır. “Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın Gürcüstanla ticarət dövriyyəsinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 33% artıb. Biz yeni layihələrin həyata keçirilməsində maraqlıyıq”, - deyə Mikayıl Cabbarov əlavə edib.