İmişlinin həbsdə olan sabiq icra başçısı Vilyam Hacıyevin səhhəti haqqında yayılan məlumatlar həqiqətə uyğun deyil. Bu haqda Ədliyyə Nazirliyi Trend-ə oktyabrın 18-də məlumat verib.
Məlumata əsasən, koronavirusa yoluxan sabiq icra başçısı Dövlət Gömrük Komitəsinin Hospitalında müalicə alır və sağlamlığı ilə bağlı hər hansı bir narahatlıq yoxdur.
“Xəstənin müalicəsi, əksinə müsbət nəticə verdiyindən o, reanimasiyadan ümumi palataya köçürülüb”, - deyə hospitalın rəhbərliyi vurğulayıb.
Bundan əvvəl, APA xəbər portalı Vilyam Hacıyevin reanimasiyaya yerləşdirildiyi barədə məlumat yaymışdır.