Zəngilan rayonu 35 saylı məktəbin musiqi müəlliminin VIII sinif şagirdini döyməsi ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Bu barədə mayın 19-da ASAN Radio məlumat yayıb.
Təhsil Nazirliyinin rəsmisi Cəsarət Valehov bildirib ki, hadisə ilə bağlı araşdırmalar aparılır: “İctimaiyyətə ətraflı məlumat veriləcək”.