2025-ci ildə keçiriləcək üçüncü MDB oyunları Azərbaycanda keçiriləcək. Azərtac 21 dekabr tarixində xəbər verib ki, bu barədə qərar MDB-yə üzv ölkələrinin Bədən Tərbiyəsi və İdman Şurasının növbədənkənar iclasında qəbul olunub.
Qeyd edək ki, birinci MDB oyunları cari ildə Rusiyanın Kazan şəhərində keçirilib. İkinci oyunlar isə 2023-cü ildə Belarusun Minsk şəhərində keçiriləcək.