Azərbaycanda 16 jurnalist koronavirusa görə dünyasını dəyişib. Bu barədə yanvarın 10-da Jurnalistlərin Həmkarlar İttifaqının hesabatında bildirilib.
Monitorinqin nəticələrinə görə, 2021-ci ildə COVID-19-a 288 nəfər media nümayəndəsi yoluxub. 2020-ci ildə isə bu rəqəm 117 olub.