"YAŞAT" Fondunun saytının və 8110 Çağrı Mərkəzinin istifadəyə verilməsindən indiyədək 82 mindən çox vətəndaşın zəngi daxil olub. Bu haqda məlumat 7 yanvar tarixində fondun Facebook səhifəsində yerləşdirilib.
Bildirilib ki, şəhidlərin ailə üzvlərinin və yaralıların ümumilikdə 15 minə yaxın müraciəti qeydiyyata alınaraq aidiyyati üzrə yönləndirilib. Bunların 5000-ə yaxını şəhidlərin ailə üzvlərinin, 9000-dən çoxu isə yaralıların müraciətləridir.
"YAŞAT" Fondu 8 dekabr 2020-ci il tarixində Prezident İlham Əliyevin Fərmanına əsasən yaradılmışdır. Qeyd edək ki, 8110 Çağrı Mərkəzinə zənglər tam ödənişsizdir.