Neftçala rayonunun Aşağı Qaraimanlı kəndində 27 yaşlı kənd sakini intihara cəhd edib. Bu barədə dekabrın 21-də Report məlumat paylaşıb.
Məlumata əsasən, o, evinin həyətində yarımtikilidən özünü asaraq intihara cəhd edib. Lakin yaxınları onun həyatını xilas ediblər.
Sözügedən şəxs Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun epilepsiya xəstəliyindən əziyyət çəkdiyi məlum olub.
Faktla bağlı araşdırma davam edir.