Neftçala rayonunda ötən illə müqayisədə əkin sahələrinin ərazisi 9% artıb. Bu barədə 9 mart tarixində Azərtac məlumat verib.
Məlumatda bildirilib ki, indiyədək rayon üzrə 1737,8 hektar sahədə yazlıq bitkilər əkilib və 2021-ci illə müqayisədə yazlıq əkinlər 144 hektar çox olub.
Qeyd edək ki, sahələrin 1603 hektarı yonca (payızlıq və yazlıq), 102,3 hektarı kartof, 32,5 hektarı tərəvəz əkinlərinin payına düşüb.