Neftçalanın sabiq icra başçısına oktyabrın 29-da hökm oxunub. İsmayıl Vəliyev 10 il azadlıqdan məhrum edilib.
Bundan əvvəl prokuror sözügedən şəxsə 11 il həbs cəzası istəyib.
İcra başçısı ilə yanaşı daha 6 vəzifəli şəxsə də hökm oxunub. Onlara 6 ildən 8 il 6 aya qədər həbs cəzası verilib.
Neftçala Rayon İcra Hakimiyyətinin keçmiş başçısı ötən il fevralda rüşvət alarkən Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. O, “vəzifə səlahiyyətlərindən sui-istifadə etmə”, “külli miqdarda təkrar rüşvət alma” və “mənimsəmə” maddələri ilə ittiham olunub.
İsmayıl Vəliyev təmir və abadlıq işlərinə ayrılan dövlət vəsaitlərini mənimsəməkdə şübhəli bilinir. Rəsmi məlumata görə, o rayonda torpaq sahələrinin özbaşına tuturaq orada qanunsuz tikinti işləri aparıb. Adıçəkilən şəxs, həmçinin aztəminatlı vətəndaşların əməkhaqqı kartlarını müxtəlif adlar altında ələ keçirib.