Dəmir yolu xəttinin tikintisinə dair Azərbaycanla əldə olunan razılaşmanı qiymətləndirməmək mümkün deyil. Bu, regionda iqtisadi, siyasi, eləcə də təhlükəsizlik mühiti dəyişəcək. Bunu dekabrın 16-da Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.
Onun sözlərinə əsasən, bu saziş Ermənistan tərəfindən dəqiqliklə icra ediləcək. Qonşu ölkənin rəhbəri, həmçinin Prezident İlham Əliyevlə ikitərəfli gündəlikdəki məsələlər üzrə təmasların davam etdirilməsi barədə razılıq əldə olunduğunu qeyd edib.
Nikol Paşinyan Gümrü-Qars dəmir yolundan da bəhs edib: “Türkiyə ilə sərhədlər və kommunikasiyaların açılması razılığı əldə olunduğu təqdirdə bu yolun işə salınması da mümkündür”.