Vaksinli koronavirus xəstələrinə çox rast gəlinir. Bunu infeksionist Nicat Əzimli oktyabrın 29-da Oxu.az-a bildirib.
Mütəxəssisin fikrincə, buna səbəb Azərbaycanda ən geniş istifadə olunan “Coronavac” vaksininin effektivliyinin digərlərinə nisbətən daha qısamüddətli olmasıdır.
“İki doza vaksin almış əhalinin bir hissəsi artıq altı ayı geridə qoyub və onların COVID-19-a qarşı immuniteti zəifləyib və ya tamamilə itib”, - deyə həkim vurğulayıb.
Nicat Əzimli əlavə edib ki, vaksinasiyanın növbəti mərhələsində mRNT (“Pfizer” və “Moderna”) vaksinlərinə, xüsusilə, vaxtı çatmış buster dozaların tətbiqinə üstünlük verilməlidir.