Noyabr ayında Bakıda bir neçə musiqili konsertlərin keçirilməsi nəzərdə tutulur.
Noyabrın 20-də Miri Yusifin və Türkiyənin “Mor ve Ötesi” rok qrupunun konserti baş tutacaq. Azərbaycan Xalq artisti Miri Yusif saat 20:00-da Baku Crystal Hall-un səhnəsində çıxış edəcək.
2008-ci ildə Eurovision müsabiqəsində 7-ci yeri tutmuş “Mor ve Ötesi” qrupu isə fanatları ilə Elektra Events Hall-un səhnəsində görüşəcək.
Noyabrda Elektra Events Hall-da həmçinin Rauf & Faik duetinin tədbiri baş tutacaq. Konsert 25 noyabr tarixində saat 20:00-da başlayacaq.
Bundan əlavə, 28 noyabrda Rusiyanın Xalq artisti Valeriy Meladzenin Bakı Konqres Mərkəzində saat 20:00-da musiqi proqramı keçiriləcək.
Rauf & Faik və Valeriy Meladzenin konsertləri pandemiyaya görə 2020-ci ildə təxirə salınmışdır. Daha öncə əldə olunmuş biletlər bu ilin konsertində də keçərlidir.
Biletlərin qiymətləri ilə iTicket.az saytında tanış ola bilərsiz.