Noyabrın 25-dən Bakı metrosunun “Gənclik”, “Nəriman Nərimanov” və “28 May” stansiyaları noyabrın 26-sı saat 01:00-dək fəaliyyət göstərəcək. Bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.
Metronun iş rejimində ediləcək dəyişiklik Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək futbol oyunu ilə bağlıdır. “Qarabağ” və Kiprin “Omoniya” komandaları noyabrın 25-də 21:45-də qarşılaşacaq.