Türkiyədə həbs edilən və insan alverində təqsirləndirilən azərbaycanlı qadına hökm oxunub. Samirə İbrahimova 8 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə Report oktyabrın 5-də məlumat yayıb.
İttihama görə, Gəncə şəhər sakini Azərbaycandan qadınları iş adı ilə xaricə aparıb və onları istismar edib.
Cinayətkar 2017-ci ildən insan alveri maddəsi ilə DİN tərəfindən beynəlxalq axtarışa verilib. Daha sonra o, Türkiyədə saxlanılaraq Azərbaycana təhvil verilib.
DİN-in məlumatına əsasən, Azərbaycanda 2020-ci ildə 26 mindən çox cinayət qeydə alınıb. Onlardan 277 fakt insan alveri ilə bağlı olub.