Gələcəkdə internet televiziyaların monitorinqə cəlb olunması gözlənilir. Bu barədə noyabrın 11-də Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva məlumat verib.
Məlumata əsasən, sosial şəbəkələrdə Azərbaycan dilinin tətbiqinin nəzarətinə başlayanda, internet televiziyalar da monitorinqə cəlb olunacaq.
"Azərbaycan dilinin saflığının qorunması qarşımızda duran əsas məsələlərdən biridir. İnternet televiziyaların fəaliyyətində ciddi nöqsanlar var", - deyə S. Əliyeva bildirib.