Bakıda oğurluqda təqsirləndirilən qadına hökm oxunub. Ona şərti cəza verilib. Bu barədə yanvarın 6-da Report məlumat paylaşıb.
Hadisə 2019-cu ilin sentyabr ayından 2020-ci ilin 12 mart tarixinədək Bakının Yasamal rayonunda baş verib. Saxlanılan şəxs Bakıda lisey direktorunun evində dayə çalışaraq oradan ümumilikdə 57 800 manatlıq oğurluq edib.
Faktla bağlı “oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə” maddəsi ilə cinayət işi başlanılıb.