Oğuz rayonu Kərimli kəndi ərazisindən keçən Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunda yol qəzası baş verib. Nəticədə bir ailənin iki üzvü yaralanıb. Bu barədə APA məlumat verib.
Hadisə ötən gün, martın 8-də axşam saatlarında olub.
Oğuz rayonu Padar kənd sakininin idarə etdiyi “VAZ 2115” markalı nəqliyyat vasitəsi rayonun Kərimli kənd sakininin idarə etdiyi “VAZ-2112” markalı avtomobillə toqquşub. Nəticədə “VAZ 2115”in 41 yaşlı sürücüsü və onun 35 yaşlı həyat yoldaşı xəsarət alıblar.
Onlar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma davam edir.