Oktyabrın 1-dən etibarən ölkədə COVID-19 əleyhinə hər iki peyvənd olunmayan taksi sürücülərinə qarşı reydlər keçiriləcək. Bu barədə DİN məlumat yayıb.
Qurumun rəsmisi Elşad Hacıyev bildirib ki, COVID-19 pasportu və ya immunitet sertifikatının tələb olunduğu sahələr arasında avtomobillə yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti də var.
Bu iş ilə məşğul olan şəxslərdən 1 oktyabr tarixindən ikinci doza peyvənd olunmaları və ya koronavirusa qarşı immunitet sertifikatlarının olması tələb olunacaq.
Sentyabrın 20-nə olan məlumata əsasən, koronavirus infeksiyasına 740 yeni yoluxma və 22 ölüm faktı qeydə alınıb. İndiyədək Azərbaycanda yoluxanların sayı 473 459 nəfər təşkil edir.