Avqustun 21-də Azercell prezidenti Zərinə Zeynalova Paris Olimpiya Oyunlarında qızıl medal qazanan cüdoçular Hidayət Heydərov və Zelim Kotsoyev ilə görüşüb. İnsanoid xəbər verir ki, görüşdə Azercell və Cüdo Federasiyasının əməkdaşlığı müzakirə edilib.
Zeynalova cüdoçuların uğurlarını təqdir edib. Görüş zamanı idmançılar Azercell-in “SuperSən” tarif paketinə abunə olublar.
Azercell idmançılarımızı və Azərbaycan xalqını təbrik edib.