Əvvəlki illərdə anadan olmuş, lakin qeydiyyatsız olan 972 uşaq aşkarlanıb. Bu haqda Trend aprelin 29-da Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatoruna istinadən məlumat verib.
Sənədləri olmayan uşaqlardan 937-si qeydə alınıb. Digərlərinə doğum faktının müəyyən edilməsilə bağlı məhkəməyə müraciət edilib.