Bakının Nizami rayonunda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb. Bu barədə aprelin 7-də Daxili İşlər Nazirliyinin rəsmisi Elşad Hacıyev xəbər paylaşıb.
Əvvəllər də məhkum olunmuş şəxs narkotikləri onlayn yolla satırdı. Ondan 500 qrama yaxın heroin, metamfetamin və elektron tərəzi aşkarlanıb.
Saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.