Ötən il əmək müqaviləsi olmadan işləyən 267 şəxs aşkarlanıb. Bu barədə 28 aprel tarixində Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2021-ci il üzrə illik məlumatına istinadən APA məlumat verib.
Məlumata əsasən, aprelin 29-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin keçiriləcək birgə iclasında bu məsələlər müzakirə olunacaq. Hüquq pozuntularına yol verən işəgötürənlər barəsində 1,3 milyon manatdan çox cərimə tətbiq olunub.