Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq üçün tezliklə danışıqlara başlamalıdır. Report-un martın 24-də yaydığı xəbərə görə, bunu qonşu ölkənin Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.
Onun sözlərinə əsasən, iki dövlət sərhədinin delimitasiyası və demarkasiyası istiqamətində də işlər sürətləndirilməlidir.
Qeyd edək ki, bundan əvvəl, martın 14-də Azərbaycan Ermənistana sülh üçün təqdim edilən təklifləri açıqlamışdır. Bu barədə Xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda çıxışı zamanı bildirmişdir.