Azərbaycan və Pakistan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Bakının Atatürk parkında ağacəkmə aksiyası keçirilib.
Report-un mayın 27-də verdiyi məlumata görə, tədbirdə Pakistanın Azərbaycandakı səfiri Bilal Haye və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov iştirak ediblər.