Bugün, noyabrın 5-də Milli Məclis Zəfər Günü münasibətilə Amnistiya Aktı qəbul edib. Bu barədə Report məlumat yayıb.
Amnistiya Aktının 16 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Azadlığa buraxılması nəzərdə tutulanların sayı təxminən 3 min nəfərdir.
“Ehtiyatsızlıq üzündən cinayət törətmişlər təxminən 1000 nəfərdən çox, himayəsində uşağı olanlar 600 nəfər, qadınlardan isə 100 nəfər amnistiyaya düşəcək”, - deyə deputat Əli Hüseynli qeyd edib.