Bakının Səbail və Nərimanov rayonlarında monitorinqlər baş tutub. Bu barədə martın 18-də Report xəbər verib.
Məlumata görə, Səbail və Nərimanov rayonlarında parklarda, küçə və prospektlərdə monitorinqlər keçirilib. Həmçinin burada yaşıllıq zolaqlarının salınması, küçələrin işıqlandırılması, asfalt örtüklərinin yenilənməsi, abadlıq işlərinin görülməsi və səkilərin salınması istiqamətində təkliflər hazırlanıb.
Yoxlamalar paytaxtın digər rayonlarında da aparılacaq.
[URIS id=37690]