Bakı şəhərində avtomobil 52 yaşlı qadını vurub. Bu barədə 16 mart tarixində Report məlumat verib.
Məlumata əsasən, hadisə şəhərin Suraxanı rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 1970-ci il təvəllüdlü qadını vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona çanaq sümüklərinin sınığı, bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.
Faktla bağlı araşdırma aparılır.