Ötən gün, martın 3-də axşam saatlarında Bakının Qaradağ rayonunda üç avtomobil yanıb. Bu haqda Fövqəladə Hallar Nazirliyi xəbər verib.
Məlumata görə, “Volkswagen” markalı iki minik avtomobilinin yanar hissələri və “Infiniti” markalı digər minik avtomobilinin salonu, mühərrik hissəsi və 2 təkəri yanıb.
Alov söndürülüb.