Bakıda kirayə mənzillərin qiyməti ucuzlaşıb. Bu haqda martın 17-də Trend-ə “MBA Consulting Group” şirkətindən məlumat verilib.
Bildirilib ki, fevral ayında kirayə mənzillərin orta qiymətində 4,41% ucuzlaşma müşahidə edilib. Bir kvadratmetrin orta kirayə qiyməti 7,73 manat təşkil edib.
Ötən ay birotaqlı mənzillərin orta kirayə qiyməti 366 manat, ikiotaqlıların 555 manat, üçotaqlıların 820 manat, çoxotaqlıların isə 1183 manat olub.