Bakıda küçə və prospektlərə adların verilməsi və dəyişdirilməsi ilə bağlı Komissiya yaradılıb. Bu barədə aprelin 29-da APA Bakı Şəhər İcra Hakimiyyətinə istinadən xəbər verib.
Komissiya paytaxtda küçə və prospektlərin vahid məlumat bazasının yaradılması, eyni adlı və adsız küçələrin müəyyən edilməsi və adlandırılması, adların dəyişdirilməsi və bununla bağlı təkliflərin hazırlanmasını təmin etməlidir.
Komissiyaya, həmçinin tarixçi və dilçi alimlər də daxil olunub.