Bakının Nəsimi rayonunda narkokuryerlik və 9 avtomobildən oğurluq edən ümumilikdə 4 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyi noyabrın 4-də məlumat yayıb.
Belə ki, əməliyyat zamanı 3 Bakı sakini tutulub. Onların üzərindən satış üçün nəzərdə tutulan qablaşdırılmış şəkildə heroin və metamfetamin aşkar edilib. Araşdırmalarla onların narkotikləri sosial şəbəkələrdə tanış olduqları xarici vətəndaşdan aldıqları məlum olub.
Həmçinin rayon ərazisində bir avtomobildən 1000 manat dəyərində çantanı oğurlayan, əvvəllər məhkum olunmuş şəxs saxlanılıb. O, Nəsimidə və Yasamalda avtomobillərdən 2424 manat pul, bankomat kartları, 1150 manat dəyərində eynəklər və s. dəyərli əşyaları oğurladığını etiraf edib.
Faktlarla bağlı cinayət işləri başlanılıb.
Qeyd edək ki, ötən gün polis tərəfindən narkotiklərin dövriyyəsi və oğurluqla məşğul olan 60-dan çox şəxs həbs edilmişdir.